Qaydalar - Dartma Tavan - Натяжные потолки

Title
Перейти к контенту
Ümumi qaydalar
1. Sifarişçi asma tavanların (a/t) quraşdırılması üçün, hazırlıqlı vəziyyətdə obyekti təhvil verməyə borcludur və əsas: bütün tikinti işləri, tikinti zibillərindən mükəmməl olaraq səliqə ilə qaydaya salınmaqla yerinə yetirilməlidir.Asma tavanın yerləşdirilmə perimetri boyunca və onun bərkidilmə yerlərinə əlçatanlığı asanlaşdırmaq üçün müvafiq şərait yaradılmalıdır.
 
2. Sxem üzrə elektrik şəbəkəsinin yerləşdirilməsi haqqında, digər montaj işləri aparılan otaqda olan işıqlandırıcı, rabitə və əlaqələr üzrə priborlar (svetilniklər (işıqlandırıcılar), lüstorlar və s.) haqqında quraşdırma qrupuna ətraflı məlumat verilməlidir. Əgər Sifarişçi və ya Sifarişçinin nümayəndəsi quraşdırma qrupuna rabitə və elektrik şəbəkələrinin yerləşdirilməsi üçün dəqiq məlumat verməzlərsə, təsadüfü (gözlənilməyən) əmlakın korlanması baş verərsə onda şirkət və ya quraşdırma qrupu məsuliyyət daşımır. Montaj işlərinin tamamlanması zamanı ,quraşdırma qrupu getməzdən əvvəl diqqətlə mebelə göz gəzdirməli və digər əmlakın xarab olması faktını və s. yoxlamalıdır.
 
3.Sifarişçi otağın forma və perimetrlərinin ölçülərinin çıxarıldığından sonra dəyişilməz qalması haqda xəbərdar edilir. İş görülən binanın (ərazinin) sifarişdə göstərilən ölçüləri onun faktiki ölçülərindən artıq olmaqla fərqləndikdə və ya nəzərdə tutulandan artıq iş görüldükdə Sifarişçi əvəzedici yaxud əlavə işə görə haqq ödəməlidir.
 
4.Dartma tavan hava cərəyanının təsiri altında vertikal (şaquli) istiqamətdə hərəkət edərək yerləşdirmələr edə biləcəyini nəzərə alaraq dartma tavanı quraşdırınca (quraşdırmazdan əvvəl) Sifarişçiyə bütün mövcud yarıqları aradan qaldırmaq məsləhət görülür.
 
5.Uzun müddət bürmələnmiş vəziyyətdə qaldıqda plyonkada (parça, kətan) qırışlar (qatlar) əmələ gələ bilər. İcraçı Sifarişçinin təqsiri üzündən kətanın 10 gündən artıq saxlanılması zamanı tavanda yaranmış defektlərinə görə məsuliyyət daşımır.
 
6.Kətanın 3.20 metrə hündürlükdə quraşdırılması zamanı, Sifarişçi tikinti taxtabənd və montaj (quraşdırma) üçün tələb olunan rahatlığı yaratmalıdır.
 
7.Rəngin dayanıqlığına ,xoşagəlməz iyin baş verməməsinə, iki zolağın birləşdirilən yerində yarığın baş verməməsinə, zolağın qarpunun (qarmağın) və sistemalı xüsusiyyətlərin qorunmasına (saxlanılmasına, dayanıqlığına) 12 illik təminat (zəmanət) verilir. Cırılmasına, iy gəlməsinə, yapışdırılan yerlərin sökülməsinə, rəngin solmasına. Quraşdırma və əlavə işlərə 1 illik təminat verilir. Təminat (zəmanət, qarantiya) öhdəlikləri “Görülmüş şlərin təhvil-təslimi barədə aktı” imzalanan vaxtdan qüvvəyə minir.
 
8.Müqavilə Sifarişçinin təqsiri üzündən pozuduğu halda Sifarişçi tərəfindən ödənilən haqq İcraçı tərəfindən Sifarişçi üçün alınan və yenidən istifadəsi (satılması) mümkün olmayan malların haqqını ödəmək üçün İcraçının hesabına keçir.
Besucherzahler
счетчик посещений
Copyright © 2018
Назад к содержимому